Qarpız bu şəxslər üçün zərərlidir

Qarpız bu şəxslər üçün zərərlidir

Hazırda oxunan: Qarpız bu şəxslər üçün zərərlidir

623736

“Həddindən artıq qarpız istehlakı xüsusilə böyrək xəstəliyindən əziyyət çəkənlər və şəkərli diabeti olan şəxslər üçün ciddi təhlükə yarada bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri diyetoloq Olqa Yamilova deyib.

Mütəxəssis qeyd edib ki, qarpız güclü sidikqovucu təsirə malik olduğu üçün böyrək xəstəliyi və bədəndə şişkinliyə (ödemə) meylliliyi olan şəxslərin ifrazat sisteminə həddindən artıq yük salır.

Bundan əlavə, böyrəyində daş olan şəxslərdə qarpız istehlakı daşların hərəkətə gəlməsinə və kəskin sancılara səbəb ola bilər. O. Yamilova vurğulayıb ki, qarpız asanlıqla həzm olunan sadə şəkərlərin mənbəyidir.

Onun qlisemik indeksi yüksək olduğu üçün qanda şəkərin kəskin artmasına yol açır:

“Bu baxımdan, diabet xəstələri qarpız yeyərkən son dərəcə ehtiyatlı olmalıdırlar. Onlar üçün icazə verilən gündəlik porsiya miqdarı maksimum 150-200 qramdır”. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO