Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Hazırda oxunan: Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

623636

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. AAYDA icra olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.
 

Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir.


Layihə başa çatdıqdan sonra yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri daha da möhkəmlənəcək, gediş-gəliş rahatlaşacaq, hərəkət təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq. Yenilənən yol sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, rayonun sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO