Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Hazırda oxunan: Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

623174

"Çox istərdim ki, "Arzum" ev dustaglığına buraxılsın. Əgar vəkilləri va ya ailəsi onun müdafiəsi ila bağlı bizim quruma müraciət etsələr, məmnuniyyətlə ona hüquqi dəstək göstərəərik".

Bizim.Media xəbər verir ki, bu sözləri “musavat.com”a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi "Arzum"un 4 uşaq anası olduğunu, övladlarından birinin isə autizmli olduğunu xatırladaraq bildirib ki, bu amillər onun cəzasının yüngülləşdirilməsi və ya ev dustaqlığına buraxılması məsələsində nəzərə alına bilər:

"Hesab ediram ki, "Arzum" qəzada həyatını itirən şaxsin yas mərasimi və digər xərclərini öz üzərinə götürə bilərdi. Hətta tanışlardan borc alaraq təxminən 10 min manat və ya daha artıq məbləğdə maddi yardım göstərməsi də mümkün olardı. Bu, mərhumun ailəsinin ona qarşı münasibətinin yumşalmasına va bağışlamasına müəyyən təsir göstərə bilərdi".

Hüquq müdafiəçisi deyib ki, qarşı tərəfin vəziyyətini da anlamaq lazımdır:

"Bir ailə öz yaxınını itirib va həmin ev başsız qalıb. Düşünürəm ki, bütün bu məqamlar nəzərə alınsa, "Arzum"un ev dustaqlığına buraxılması məsələsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, hesab edirəm ki, qanunvericiliyimizdə bu kimi hallarla bağlı müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusilə də qəsd olmadan, təsadüf nəticəsində baş veran hadisələrdə cəzanın fərdiləşdirilməsi va yüngülləşdirilməsi imkanları daha geniş olmalıdır. Bu gün həbsxanalarda kifayət qədər qadın var ki, özlərini müdafiə edərkən cinayatkar statusu alıblar.
 

Məsələn, əri sərxoş vəziyyətdə evə gəlib onu döyüb, qadın isə özünü müdafiə edərkən qarşı tərəfə xəsarət yetirib va ya ölümünə səbəb olub. Bununla yanaşı, elə hallar da var ki, qadın sevgilisi ilə birlikdə ərini qəsdən öldürür. Məncə, bu cür cinayatlar arasında ciddi fərq qoyulmalıdır və hüquqi qiymətləndirmə də buna uyğun aparılmalıdır.


"Arzum" məsələsinə gəlincə, düşünürəm ki, 2 il keçdikdən sonra vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bizim qurum da bu istiqamətdə dəstək göstərməyə hazırdır. Bildiyim qədərilə o, tək anadır va uşaqlarının qayğısını bilavasitə özü çəkib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO