Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

Hazırda oxunan: Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

623120

Səbail Rayon İcra Hakimiyyəti paytaxtın mərkəzində piyada yolunun gül dibçəkləri ilə məhdudlaşdırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, qurumun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti göstərir.

İcra Hakimiyyətindən qeyd edilib ki, görülmüş müvafiq tədbirlər nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, jurnalist Vyaçeslav Sapunov sosial şəbəkə hesabında Bakıda Əbdülkərim Əlizadə küçəsində (“Tarqovı” kimi tanınan ərazi) yerləşən piyada yolunun gül dibçəkləri vasitəsilə daraldıldığı, bunun da piyadaların hərəkətində çətinlik yaratdığı barədə fotolar paylaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO