Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Hazırda oxunan: Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO
621735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" Gənclərin Hərbi-Vətənpərvərlik Toplanışında iştirak edir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları, həmçinin Qazaxıstanın güc strukturlarının, hərbi təhsil müəssisələrinin və hərbi-vətənpərvərlik klublarının nümayəndələri iştirak edirlər.

Tədbirin əsas mərhələləri plana uyğun olaraq Şokan Ualixanov adına Hərbi Kollecin "Amandık" təlim poliqonunda keçirilir.

Toplanış çərçivəsində 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, eləcə də robototexnika üzrə yarışlar təşkil olunur.

Azərbaycan komandası "Aybın-2026" toplanışında yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək Azərbaycanı layiqincə təmsil edir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO