Bu məlumatları yayan informasiya resurslarının fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan informasiya resurslarının fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ – SİYAHI

Hazırda oxunan: Bu məlumatları yayan informasiya resurslarının fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ – SİYAHI
620986
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi informasiyaların yerləşdirilməsinə görə internet informasiya ehtiyatının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, qanunla yayılması qadağan edilən məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi hallarında həmin resurslara və ya onların ayrı-ayrı hissələrinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti məhdudlaşdırıla biləcək.

Hazırda qanunvericiliyə əsasən, internet resurslarında narkotik vasitələr, psixotrop maddələr, pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyası, ictimai mənəviyyata zidd məlumatlar, qanunsuz qumar və mərc oyunlarının təşviqi, intihara təhrik edən və ya intiharı təbliğ edən məlumatlar, uşaqlar üçün zərərli informasiyalar, təhqir və böhtan xarakterli məlumatlar, eləcə də ictimai təhlükə yarada biləcək yalan məlumatların yayılmasına yol verilmir.

Təklif olunan dəyişikliklə bu cür məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması mexanizmi tətbiq ediləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO