Qeyri-etik ifadə üstündə dostunu öldürdü - Bakıda qanlı hadisə

Qeyri-etik ifadə üstündə dostunu öldürdü - Bakıda qanlı hadisə

Hazırda oxunan: Qeyri-etik ifadə üstündə dostunu öldürdü - Bakıda qanlı hadisə
620879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə Əlimərdan Topçubaşov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qonşuluqda yaşayan və uzun illərdir bir-birini tanıyan iki nəfər arasında mübahisə faciə ilə nəticələnib. İddialara görə, 34 yaşlı Mahmud Əliyev 44 yaşlı tanışı Rüfəti yaşadığı mənzildən küçəyə çağırıb. Mübahisə zamanı Mahmud Əliyev tanışına bıçaqla zərbə endirib.
 

Ağır xəsarət alan Rüfət hadisə yerində həyatını itirib. Yaxınlarının sözlərinə görə, mərhum subay olub. Hadisəni törətməkdə şübhəli bilinən Mahmud Əliyev isə bir müddət əvvəl ailəsindən ayrılıb və psixoloji gərginlik içərisində olub.


Qonşuların bildirdiyinə görə, tərəflər arasında əvvəllər də müəyyən narazılıqlar yaşanıb. İddialara əsasən, son mübahisəyə səbəb Rüfətin Mahmud Əliyevə ünvanladığı qeyri-etik ifadə olub. Bundan sonra onların arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Mahmud Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO