Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 10.00-dan etibarən...

Hazırda oxunan: Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 10.00-dan etibarən...

619509

Bu gün Bakının Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO