İyunun 11-də polis əməkdaşları tərəfindən aşkarlanan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 576 kiloqram müxtəlif narkotik vasitə və 122 min 367 ədəd psixotrop tərkibli həb paytaxtın Sabunçu rayonu ərazisində məhv edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:03 / 11.06.2026
Bakıda 5 ton narkotik vasitə belə yandırıldı - VİDEO
Hazırda oxunan: Bakıda 5 ton narkotik vasitə belə yandırıldı - VİDEO
Hazırda oxunan: Bakıda 5 ton narkotik vasitə belə yandırıldı - VİDEO
618750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































