Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 10-da Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bizim.Media


































































































