MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirildi – FOTO

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirildi – FOTO

Hazırda oxunan: MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirildi – FOTO

617958

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində “MEDİA Könüllüləri” proqramının məzunları və növbəti könüllülük proqramına seçilən gənclərlə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin gənclərin peşəkar inkişafına yönəlmiş fəaliyyətindən, könüllülük proqramının əhəmiyyətindən və media sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.
 

O, proqramı uğurla yekunlaşdıran könüllülərin Agentliyin müxtəlif layihə və tədbirlərində fəal iştirakını yüksək qiymətləndirib, əldə olunan təcrübənin gələcək peşə fəaliyyətlərində gənclər üçün mühüm üstünlük olacağını qeyd edib.


Növbəti - onuncu könüllülük proqramının iştirakçıları ilə tanışlıq olub, proqramın fəaliyyət istiqamətləri, nəzərdə tutulan təlimlər və qarşıdakı dövr ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verilib.

İştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 42 gəncə sertifikatlar təqdim olunub.


















Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO