“Mən hesab edirəm ki, bu qanun qəbul olunmalıdır və buna ehtiyac var. Amma eyni zamanda özümüzü aldatmamalıyıq. Bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil. Onların həyatı artıq böyük ölçüdə internetdə və sosial mediada cərəyan edir. Bu gün hətta dərs hazırlığında, məlumat axtarışında və müxtəlif tapşırıqların yerinə yetirilməsində süni intellekt alətlərindən istifadə olunur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deyib.
Sədr vurğulayıb ki, biz artıq yeni bir dünyada yaşayırıq və bu reallığı nəzərə almalıyıq:
"Bu baxımdan hesab edirəm ki, ictimai nəzarət və ictimai qınaq mexanizmləri də vacib rol oynayır. Necə ki, 50 il əvvəl valideynlər övladlarının kimlərlə ünsiyyətdə olduğuna, hansı mühitlərdə vaxt keçirdiyinə diqqət yetirirdilər, bu gün də həmin nəzarət virtual mühitdə həyata keçirilməlidir.
Digər tərəfdən, platforma provayderləri böyük texnologiya şirkətləridir.
Bir ildən sonra onların hansı yeni məhsulları, tətbiqləri və ya texnoloji həlləri təqdim edəcəyini bu gün tam şəkildə proqnozlaşdırmaq mümkün deyil. Biz bu dəyişikliklərlə ayaqlaşmağı bacarmalıyıq. Qanunvericilik isə təbiəti etibarilə hər zaman texnoloji inkişafın bir qədər arxasınca gəlir. Ona görə də hesab edirəm ki, müəyyən süzgəclərin və filtrlərin tətbiqi ilə uşaqları zərərli vərdişlərdən və risklərdən müəyyən qədər uzaq saxlamaq mümkündür".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:01 / 08.06.2026
Rəşad Məcid: “Bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil”
Hazırda oxunan: Rəşad Məcid: “Bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil”
Hazırda oxunan: Rəşad Məcid: “Bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil”
617929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































