Tural Məmmədov: “Dövlət qurumlarında informasiya təhlükəsizliyi mühitinin diaqnostika qaydaları hazırlanır”

Tural Məmmədov: “Dövlət qurumlarında informasiya təhlükəsizliyi mühitinin diaqnostika qaydaları hazırlanır”

Hazırda oxunan: Tural Məmmədov: “Dövlət qurumlarında informasiya təhlükəsizliyi mühitinin diaqnostika qaydaları hazırlanır”

617181

“Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda tədbirlər planı nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində deyib.

"Həmin tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məhz dövlət qurumlarında informasiya təhlükəsizlik mühitinin diaqnostika qaydalarını hazırlamalıdır. Hazırda bu qaydalar razılaşdırma mərhələsindədir. Bu diaqnostika özü də ekosistemin qiymətləndirilməsi və yarana biləcək boşluqların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir" - rəis müavini vurğulayıb.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO