“Süni intellekt texnologiyalarının sürətlə yayılması yeni hüquqi və etik çağırışlar da yaradıb”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib.
O bildirib ki, Azərbaycan bu sahədə çox mühüm qabaqlayıcı addımları ilə bütün dünyada tanınıb:
"Artıq şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilməklə süni intellekt vasitəsilə saxta məzmunun hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Effektiv qanunvericilik, texnoloji nəzarət, beynəlxalq əməkdaşlıq və ictimai maarifləndirmə bu təhdidlərin qarşısının alınmasında əsas rol oynayır.
"Fərdi məlumatlar haqqında" qanun süni intellekt sistemlərinin topladığı və emal etdiyi şəxsi məlumatların qorunması baxımından mühüm hüquqi baza yaradır. Bununla bağlı qanunvericilikdə də bir sıra təkmilləşdirmələr edilir və edilməkdədir".
Deputat qeyd edib ki, Azərbaycan rəqəmsal təhlükəsizlik və kibercinayətkarlıqla mübarizə üzrə süni intellekt sahəsində yaranan yeni risklərin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir:
"Bu siyasət həm də milli təhlükəsizliyin möhkəmləndirilməsinə, ölkəmizin beynəlxalq rəqəmsal əməkdaşlıq mühitində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsinə mühüm töhfə verir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:01 / 04.06.2026
Arzu Nağıyev: "Süni intellekt texnologiyalarının sürətlə yayılması yeni hüquqi çağırışlar yaradıb"
Hazırda oxunan: Arzu Nağıyev: "Süni intellekt texnologiyalarının sürətlə yayılması yeni hüquqi çağırışlar yaradıb"
Hazırda oxunan: Arzu Nağıyev: "Süni intellekt texnologiyalarının sürətlə yayılması yeni hüquqi çağırışlar yaradıb"
617155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































