“PAŞA Kapital”ın əsas hədəfləri – Baş icraçı direktordan AÇIQLAMA

“PAŞA Kapital”ın əsas hədəfləri – Baş icraçı direktordan AÇIQLAMA

Hazırda oxunan: “PAŞA Kapital”ın əsas hədəfləri – Baş icraçı direktordan AÇIQLAMA

616925

"PAŞA Kapital" həm mövcud kapital bazarlarının inkişafında, həm də investor bazasının formalaşmasına öz böyük töhfəsini verib. Bugünkü maliyyə göstəricilərimiz, həm də kapital bazarında olan mövqeyimiz onu göstərir ki, biz bu bazarda əsas lider oyunçulardan biriyik və növbəti illərdə də bu statusu qoruyub saxlayacağıq.

Bizim.Media xəbər verir ki, bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) Baş icraçı direktoru İsi Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Direktor şirkətin növbəti illər üçün əsas hədəflərini açıqlayıb:

"Növbəti illərdə əsas hədəflərimiz bazarın inkişafı ilə yanaşı, bazarlara yeni alətlərin gətirilməsi, bazarlarda müştərilər üçün rəqəmsal həllərin və rəqəmsal həllərin tətbiq edilməsindən ibarət olacaq. Bu baxımdan bütün investisiya şirkətləri ilə birgə fəaliyyət göstəririk. Əsas məqsədimiz bazarda hansısa payımızı artırmaqdan çox bu bazarın ümumi həcminin artırılmasına yönəlib".

O həmçinin bildirib ki, 2026-cı ildə prioritet layihələrin həyata keçirilməsi davam etdirilir və yeni strateji dövr (2027-2029) üzrə inkişaf planı hazırlanmaqdadır.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO