Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən UZAQLAŞDIRDI

Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən UZAQLAŞDIRDI

Hazırda oxunan: Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən UZAQLAŞDIRDI

616915

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.

Bizim.Media “Bakupost.az”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib.
 

İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir.


Qeyd edək ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bundan əvvəl İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Babək Tağızadə, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova işdən çıxarılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO