Sertifikatlaşdırmada YENİLİK – Bu mövzular da DAXİL ediləcək - ÖZƏL

Sertifikatlaşdırmada YENİLİK – Bu mövzular da DAXİL ediləcək - ÖZƏL

Hazırda oxunan: Sertifikatlaşdırmada YENİLİK – Bu mövzular da DAXİL ediləcək - ÖZƏL
616632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşıdırlması müvəqqəti olaraq dayandırılıb.

Bunu Bizim.Media-ya açıqlamasındaAzərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev deyib.

Onun sözlərinə görə, imtahanda bir sıra yeniliklər tətbiq olunacaq:

“Struktur dəyişikliyi nəzəri imtahanın şifahi formada keçirilməsi ilə bağlıdır. Şifahi imtahan zamanı namizədlər həyəcan keçirdiklərindən, bəzi ölkələrin təcrübələri əsasında yeni model üzərində iş aparılır. Xüsusilə, Türkiyədə tətbiq edilən model Azərbaycan reallıqlarına uyğunlaşdırılaraq nəzəri imtahanın test formasında keçirilməsi nəzərdə tutulur. Suallar yalnız tarixi və coğafi mövzuları əhatə etməyəcək. Buraya ilk tibbi yardım, kəskin qanaxmanın qarşısının alınması kimi praktiki biliklərlə yanaşı, sosial, iqtisadi və siyasi mövzular da daxil ediləcək. Məqsəd test bazasını daha əhatəli və zəngin etməkdir”.

Tural Musayev bildirib ki, təklif olunan yeniliklərdən biri də müsahibə mərhələsinin əlavə edilməsidir. Bu mərhələdə namizədin qrupu idarəetmə bacarığı, psixoloji hazırlığı və liderlik keyfiyyətləri xüsusi qiymətləndirmələr vasitəsilə müəyyən ediləcək.

“Praktiki imtahanın formatında ciddi dəyişiklik nəzərdə tutulmur və mövcud qaydalar qüvvədə qalacaq. Yalnız bəzi bəndlər yenilənəcək və müasir tələblərə uyğunlaşdırılacaq. Dəyişikliklərdən biri də yumor və əyləncə elementləri ilə bağlıdır. Əvvəllər bu mövzu bir bənd çərçivəsində qiymətləndirilirdisə, yeni qaydalara əsasən həmin meyarlar bir neçə ayrıca bənd üzrə qiymətləndiriləcək. Hazırda dəyişikliklərlə bağlı işlər yekunlaşmaq üzrədir. Yaxın iki ayda yenidən tur bələdçilərinin sertifikatlaşdırılmasına başlanılacaq”.

Sədr qeyd edib ki, sertikatlaşmada iştirak haqqı 600 manatdır və bunun artmayacağı gözlənilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO