Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO

Hazırda oxunan: Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO

616158

Moldovanın Comrat Dövlət Universitetində Müqəddəs Qurban Bayramı və 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycanın Moldovadakı diasporu və “Xüsusi Təyinatlıların

Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və idarə heyətinin üzvləri, Azərbaycanın Moldovadakı diaspor nümayəndəsi Mehriban Bədəlova, Moldovada təhsil alan qazi tələbələr, digər tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Çıxış edən Bəhruz Məmmədzadə bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. O qeyd edib ki, 28 May hər bir azərbaycanlı üçün milli qürur və iftixar günüdür.

Bəhruz Məmmədzadə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi çətinliklərlə üzləşdiyini də vurğulayıb.

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımızın böyük hissəsini işğaldan azad edib. Habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub.

Mehriban Bədəlova Moldovada yaşayan azərbaycanlıların milli bayramları və adət-ənənələrinin yaşadılması istiqamətində görülən işlərdən danışıb.

Moldovada təhsil alan Şəmsəddin Qurbanov isə Qurban Bayramının İslam dünyasında həmrəylik, birlik və paylaşma rəmzi olduğunu diqqətə çatdırıb. O deyib ki, bu müqəddəs bayram insanlar arasında mənəvi bağların möhkəmlənməsinə, milli və dini dəyərlərin qorunub yaşadılmasına mühüm töhfə verir.
 

Həmçinin Moldovada təhsil alan Konqresin Gənclər Hərəkatının nümayəndəsi Zümrüd Aslan çıxışında 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu ifadə edib.


O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və dövlətçilik ənənələrinin parlaq nümunəsidir. Zümrüd Aslan vurğulayıb ki, gənclər milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və vətənpərvərlik ruhunun gələcək nəsillərə ötürülməsi istiqamətində daha fəal olmalıdırlar.

O, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin ölkəmizin milli maraqlarının müdafiəsində və Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını da vurğulayıb.

Tədbir çərçivəsində Qurban Bayramı və Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda gənclərlə vətənpərvərlik mövzusunda fikir mübadiləsi aparılıb, xatirə şəkilləri çəkdirilib. (Zefer.media)




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO