Yayda edilən qidalanma səhvləri təhlükə yaradır

Yayda edilən qidalanma səhvləri təhlükə yaradır

Hazırda oxunan: Yayda edilən qidalanma səhvləri təhlükə yaradır

615834

Havanın istiləşməsi ilə insanların qidalanma vərdişləri də dəyişir. Lakin bu mövsümdə edilən bəzi yanlış seçimlər ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər yay aylarında ən çox rast gəlinən qidalanma səhvlərinin ağır və yağlı xörəklərə üstünlük verilməsi, orqanizmin susuz qoyulması və şəkərli içkilərin həddindən artıq istehlakı olduğunu bildirirlər.

Qeyd olunur ki, isti havalarda bədənin çox maye itirməsi halsızlıq, baş ağrısı və həzm pozuntularına yol açır. Bu səbəbdən gün ərzində kifayət qədər təmiz su qəbul etmək həyati əhəmiyyət kəsb edir.
 

Mütəxəssislər, həmçinin, yayda açıq havada uzun müddət qalan qidaların zəhərlənmə riskini kəskin artırdığına diqqət çəkirlər. Xüsusilə süd məhsulları, ət və mayonezli yeməklərin soyuq şəraitdə saxlanılması tövsiyə olunur.


Dietoloqlar yay aylarında mövsümi tərəvəzlərə, meyvələrə və yüngül qidalara üstünlük verilməsini, qazlı, eləcə də şəkərli içkilərdən istifadənin isə minimuma endirilməsini məsləhət görürlər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO