Elmi araşdırmalar nanə qoxusunun iştah nəzarəti üzərində təsirli ola biləcəyini ortaya qoyub.
Bizim.Media "Ensonhaber"ə istinadən xəbər verir ki, iki həftə boyunca hər iki saatdan bir nanə qoxlayan şəxslərin daha az kalori qəbul etdiyi müəyyən edilib.
Araşdırmada iştirakçılar iki mərhələdən ibarət təcrübəyə cəlb ediliblər. İlk mərhələdə müəyyən aralıqlarla nanəni qoxlayan iştirakçılar ikinci mərhələdə isə heç bir qoxu tətbiq olunmadan müşahidə ediliblər.
Ayrı həftələrdə həyata keçirilən və beş gün davam edən təcrübə müddətində iştirakçıların hər iki saatdan bir aclıq səviyyələrini qiymətləndirib, eyni zamanda qəbul etdikləri bütün qidaları qeydiyyata alıblar.
Əldə olunan nəticələrə görə, nanə qoxusu qəbul edən iştirakçıların gündəlik ümumi kalori sərfiyyatı, şəkər və yağ qəbulu nəzərəçarpacaq dərəcədə azalıb. İştirakçılar həmçinin aclıq hissinin daha zəif olduğunu bildiriblər.
Bizim.Media





































































































