““Arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar” - Seyran Səxavət

““Arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar” - Seyran Səxavət

Hazırda oxunan: ““Arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar” - Seyran Səxavət

615705

Yazıçı, şair, dramaturq Seyran Səxavət Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” ifadəsinin qanundan çıxarılması barədə təklifini sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, o, buna qəti şəkildə etirazını bildirib:

“Bu təklifi irəli sürənlər səhv edirlər. Deputatlar Üzeyir Hacıbəyovdan ağıllıdırlar? Üzeyir Hacıbəyov “Ər və arvad” əsərini yazıb. Mənim arvadım elmlər doktorudur, şərqşünaslığı bitirib, Moskvada müdafiə edib, birbaşa doktorluq alıb, həm də dindardır, Allahı çox sevir. Mən ona “arvad” deyirəm. Üzeyir bəy necə deyibsə, mən də elə deyirəm...

Görünür, parlamentdəki  bəzi deputatlar bekarlıqdan bilmirlər, nə etsinlər. Bekarlıqdan əziyyət çəkən Milli Məclis üzvlərinə bir tövsiyəm var: “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar, onda o arvadlara “arvad” deyəndə onlar da “arvad” sözünü “xanım” kimi eşidəcəklər və çox xoşbəxt görünəcəklər”. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO