Abituriyentlərin NƏZƏRİNƏ - Dünən keçirilən imtahanların düzgün cavabları AÇIQLANDI

Abituriyentlərin NƏZƏRİNƏ - Dünən keçirilən imtahanların düzgün cavabları AÇIQLANDI

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ - Dünən keçirilən imtahanların düzgün cavabları AÇIQLANDI

615210

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 3 həftədən sonra elan olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO