Hüseyn Məmmədov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bizim.Media-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.
Bildirilib ki, Hüseyn Məmmədov bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, H.Məmmədov müxtəlif dövrlərdə turizm və ictimai sektorda rəhbər vəzifələrdə çalışıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:01 / 22.05.2026
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
Hazırda oxunan: Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
Hazırda oxunan: Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
614870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































