Ayaz Salmanov: “Müasir şəhərsalmada tullantıların idarə olunması strateji əhəmiyyətə malikdir” - FOTO

Ayaz Salmanov: “Müasir şəhərsalmada tullantıların idarə olunması strateji əhəmiyyətə malikdir” - FOTO

Hazırda oxunan: Ayaz Salmanov: “Müasir şəhərsalmada tullantıların idarə olunması strateji əhəmiyyətə malikdir” - FOTO
614563
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gələcəyin şəhərləri artıq yalnız infrastruktur və tikinti həcmi ilə deyil, resursları nə qədər səmərəli idarə etdiklərinə görə fərqlənəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu sənaye davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov Bakıda keçirilən WUF13 çərçivəsində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsində deyib.

O bildirib ki, müasir şəhərsalmada tullantıların idarə olunması, emalı, tullantı logistikası, resursların bərpası və əməliyyat dayanıqlılığı kimi məsələlər getdikcə daha strateji əhəmiyyət qazanır:

“Şəhərlər yalnız yollar, binalar və nəqliyyat sistemləri üzərində qurulmamalıdır. "Tullantı” anlayışı əsaslı şəkildə dəyişir. Əvvəllər tullantı hesab edilən bir çox material indi başqa sənaye sahələri üçün xammala çevrilir.Tullantıların idarə olunması, emalı, resurs dövriyyəsi və əməliyyat dayanıqlılığı da şəhərsalmanın ilkin mərhələsindən etibarən nəzərə alınmalıdır”.

Ayaz Salmanov: “Müasir şəhərsalmada tullantıların idarə olunması strateji əhəmiyyətə malikdir” - FOTO - foto 1
Ayaz Salmanov: “Müasir şəhərsalmada tullantıların idarə olunması strateji əhəmiyyətə malikdir” - FOTO - foto 2

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO