Bakıda vətəndaşlardan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Anar Nəhmətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilərək A.Nəhmətov 6 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə ittiham irəli sürülüb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:33 / 21.05.2026
Külli miqdarda oğurluq edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Külli miqdarda oğurluq edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Külli miqdarda oğurluq edən şəxsə HÖKM OXUNDU
614559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































