Rəşad Xanlarova Britaniyada yüksək vəzifə verildi

Rəşad Xanlarova Britaniyada yüksək vəzifə verildi

Hazırda oxunan: Rəşad Xanlarova Britaniyada yüksək vəzifə verildi
614132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir təyin olunub.

Bizim.Media xəbər verir ki, sözügedən vəzifə Rəşad Xanlarova həvalə edilib.

Qeyd edək ki, Rəşad Xanlarov bu təyinata qədər Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri, müxtəlif beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO