Şuşaya köçürülən şəxslərin SAYI AÇIQLANDI

Şuşaya köçürülən şəxslərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Şuşaya köçürülən şəxslərin SAYI AÇIQLANDI

614071

2024-cü il mayın 10-dan etibarən Şuşaya 1411 nəfər, yəni 377 ailə köçürülüb. Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O qeyd edib ki, tikintisi davam edən yaşayış kompleksləri mövcuddur. Həmçinin 960 şagird yerlik məktəb istifadəyə verilib.

“Artıq Şuşada Müalicə-Diaqnostika və Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Qızlar Gimnaziyası Məktəbinin də bərpa işləri davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO