Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Forumun ikinci günündə WUF tarixində ilk dəfə dövlət başçılarının sammiti keçirilib.
Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Liderlərin sammitində Özbəkistan, Serbiya, Keniya, Mavrika prezidentləri, Gürcüstanın Baş naziri və digər dövlətlərin rəhbər şəxsləri çıxış ediblər.
Sammitin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Guterres videomüraciətində mənzil məsələsinin davamlı inkişafın mərkəzində dayanmalı olduğunu bildirib. O qeyd edib ki, təhlükəsiz və əlçatan mənzil insan hüququ və insan ləyaqətinin əsas elementidir.
Həmçinin, forumun ikinci günündə "Urban Expo" mərkəzinin açılış mərasimi baş tutub. Sərgidə 85 ölkədən 260 iştirakçı, təşkilat 122 stend və pavilyonda təmsil olunur.
Ümumilikdə forum çərçivəsində yüksək səviyyəli dialoqlar, innovasiya və sahibkarlıq platformaları təşkil olunacaq.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) may ayının 22-ə qədər davam edəcək.












Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

































































































