Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO

Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO

Hazırda oxunan: Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO
613962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi, Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı Azərbaycanı “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarıb, onların marağına səbəb olub.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanıb.
 

Tədbirin ilk günündən ardıcıl olaraq 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilib. “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilib.


Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilib.

Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası ilə dostluq görüşü keçirilib və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatıb.



Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 1
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 2
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 3
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 4
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 5
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 6
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 7
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 8
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 9
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 10
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 11
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 12
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 13
Qarabağ atları Vindzorda Britaniya tamaşaçılarını heyran qoydu - FOTO/VİDEO - foto 14


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO