"The Guardian" Qarabağda vurulan helikopterdən yazdı - FOTO

Hazırda oxunan: "The Guardian" Qarabağda vurulan helikopterdən yazdı - FOTO

61392
Azərbaycan ordusunun işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin helikopterini vurması dünyanın nüfuzlu media qurumlarının diqqətindən kənarda qalmayıb.
 
İngiltərənin "The Guardian" qəzeti yazır ki, bu gün Ermənistan silahlı qüvvələrinin helikopterinin vurulması uzun müddətli münaqişənin yenidən alovlana biləcəyini göstərdi.
 
"The Guardian" bu ilin avqustunda cəbhədə 14 Azərbaycan əsgərinin həlak olmasını xatırladıb və həmin insidenti 1994-cü ildə bağlanan atəşkəs sazişindən sonra ən qanlı insident kimi təqdim edib.
 
Helikopterin vurulması ilə bağlı Azərbaycan və Ermənistan tərəfdən verilən rəsmi açıqlıamalarıın da yer aldığı məqalədə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 min insan ölüb. 
 
Məqalədə münaqişə tərəfi kimi Azərbaycan və Ermənistanın dəstəklədiyi separatçı rejim göstərilib./ans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO