Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

Hazırda oxunan: Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

613581

Bacısının vatsap yazışmalarıni izləmək istəyən şəxs dələduzluqla üzləşib.

Bizim.Media xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən Jalə Seyidova iddia edir ki, “İnstagram”da başqasının vatsap yazışmalarını izləməyi təklif edən səhifə axtararaq tapıb.

Ancaq dələduzların qurbanı olub. O, həmin səhifəni idarə edən şəxsin göndərdiyi karta pul köçürüb, lakin səhifə admini sonradan zənglərə cavab verəməyib.

Şikayətçi bildirir ki, o tək deyil. Həmin səhifə onun tanıdığı digər insanları da belə aldadıb. O isə bundan sonradan xəbər tutub.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev deyir ki, hazırda sosial şəbəkələrdə "vatsap izləmə" xidməti adı ilə müxtəlif elanlar mövcuddur və onların böyük hissəsi fırıldaqçlıqla məşğuldur.

Mütəxəssis bildirir ki, vatsap və sosial şəbəkə istifadəçiləri belə hallardan qorunmaq üçün iki mərhələli təsdiqləməni aktiv etməli, təsdiq kodunu heç kəslə paylaşmamalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO