Zəngilan şəhərinə köçürülən ailələrin sayı AÇIQLANDI – FOTO

Zəngilan şəhərinə köçürülən ailələrin sayı AÇIQLANDI – FOTO

Hazırda oxunan: Zəngilan şəhərinə köçürülən ailələrin sayı AÇIQLANDI – FOTO
613367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəngilan şəhərində ilk yaşayış kompleksində sakinlərin köç prosesi davam edir.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza Bizim.Media-nın yerli bürosuna bildirib ki, kompleks artıq istifadəyə verilib və burada ilk sakinlər məskunlaşıb.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı edilən yaşayış məhəlləsinin təməli 2022-ci ildə qoyulub, bu ilin 10 may tarixində isə istifadəyə verilib.

Baş plana əsasən 2 hektar ərazidə inşa olunan kompleks 12 binadan ibarətdir. Binaların 8-i 2 mərtəbəli, qalanları isə 3 mərtəbəlidir. Müasir şəhərsalma standartlarına uyğun tikilən ərazidə uşaq oyun meydançası, idman zonası, söhbətgahlar, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
 

Burada həmçinin məktəb, uşaq bağçası və xəstəxana kimi sosial infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Yaşayış məhəlləsi Zəngilan Konqres Mərkəzi və rayon məscidinə yaxın ərazidə yerləşir.


Qeyd olunub ki, ölkə başçısı bu müddət ərzində iki dəfə ərazidə görülən işlərlə yerində tanış olub.

Artıq 59 ailə Zəngilana köçürülərək mənzillərin açarlarını təhvil alıb. Bu gün isə daha 5 ailə doğma yurda qayıdıb.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri işğaldan azad edilib və həmin tarix Prezidentin müvafiq sərəncamı ilə Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu il həmin əlamətdar gün ilk dəfə məhz Zəngilan şəhərində qeyd edilib.

Zəngilan şəhərinə köçürülən ailələrin sayı AÇIQLANDI – FOTO - foto 1
Zəngilan şəhərinə köçürülən ailələrin sayı AÇIQLANDI – FOTO - foto 2
Zəngilan şəhərinə köçürülən ailələrin sayı AÇIQLANDI – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO