Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

613018

Məhsullar düzgün vakuum edilmədikdə onlarda təhlükəli bakteriyalar inkişaf edə bilər.

Bizim.Media bildirir ki, bu barədə "Podmoskovye seqodnya" internet nəşrinə diyetoloq Olqa Redina məlumat verib. O, göbələkləri, çiy əti və istiot tərkibli məhsulları vakuum paketləməməyə çağırıb.
 

"Həmçinin təzə xiyar, pomidor, qabaq və digər sulu tərəvəzləri vakuum etmək tövsiyə olunmur, çünki onlar dadını və formasını tez itirərək püre halına gəlir”, — deyə Redina bildirib.


Diyetoloq vurğulayıb ki, vakuum paketləmədən əvvəl məhsulları yaxşıca yumaq və qablaşdırmazdan əvvəl qurutmaq və dondurmaq lazımdır. Onun sözlərinə görə, məhsulların təkrar dondurulması da yolverilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO