Son dövrlərdə ərəb turistlərin Azərbaycana səfərlərində ciddi azalma müşahidə olunur. Onların bir qismi daha çox Gürcüstanın kurort şəhərlərinə və regionun digər ölkələrinə üz tutur. Bildirilir ki, hər il Bakıya böyük maliyyə ilə gələn ərəb turistlərin paytaxtda əvvəlki qədər görünməməsi həm turizm sektoruna, həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Sözügedən vəziyyət nə ilə əlaqədardır?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, ərəb turistlərin Azərbaycana marağı xüsusilə 2015-ci ildən etibarən artmağa başlayıb:
“Onlar ardıcıl şəkildə ölkəmizə səfər edirdilər. Bir qrup turist hava limanından yola salınarkən, digərləri artıq Bakıya gəlirdi. Hazırda isə vəziyyət fərqlidir. Reallıq budur ki, Azərbaycanda ərəb turistlərin sayı azalıb. Bu, qismən regiondakı siyasi vəziyyətlə bağlıdır.
Lakin etiraf edilməlidir ki, xidmət səviyyəsinin istənilən səviyyədə olmaması, qiymət siyasətindəki problemlər, ikili menyular və digər hallar da bu prosesə təsir göstərir. Təhlükəsizlik məsələləri və İranla qonşuluq amili də müəyyən rol oynayır. Ən vacib məqamlardan biri isə aviabiletlərin baha olmasıdır. Bu amil turizm axınına ciddi təsir edir”.
Ekspert qeyd edib ki, Körfəz ölkələrinin mediasında Azərbaycana səfər edən bəzi blogerlər müxtəlif narazılıqlarını dilə gətiriblər:
“Onlar bəzi məkanlarda aldadıldıqlarını və xidmətdən narazı qaldıqlarını bildiriblər. Gürcüstanda isə həm aviabiletlərin daha ucuz olması, həm də alternativ giriş imkanlarının mövcudluğu üstünlük yaradır. Bildiyiniz kimi, Azərbaycanın quru sərhədləri bağlıdır və ölkəyə giriş əsasən hava yolu ilə mümkündür. Bu da qiymətlərə birbaşa təsir edir.
Digər tərəfdən, ərəb turistlər daha sərbəst və rahat istirahətə üstünlük verirlər. Azərbaycanda milli-mənəvi dəyərlər və müəyyən məhdudiyyətlər var. Gürcüstanda isə kazino və müxtəlif əyləncə imkanları daha genişdir. İçki istifadəsi də daha sərbəstdir və turistlər istirahətlərini istədikləri kimi keçirə bilirlər. Bunlar təsir edən əsas amillərdən yalnız bir neçəsidir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:25 / 13.05.2026
Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?
Hazırda oxunan: Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?
Hazırda oxunan: Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?
612804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































