Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

Hazırda oxunan: Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

612657

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO