Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Hazırda oxunan: Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

612305

10 May — Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ağdam və Füzuli şəhərlərində silsilə tədbirlər keçirilib.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam şəhərində yerləşən “Hilton Garden Inn Ağdam” hotelində və Füzuli şəhər 1 nömrəli Mirzə Uluqbəy adına tam orta məktəbdə Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən “İz” sənədli filminin təqdimatı baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək Heydər Əliyevin dövlətçilik siyasətindən, ölkənin inkişafındakı xidmətlərindən və Qarabağın bərpası istiqamətində görülən işlərdən danışıb.


Tədbirdə iştirak edən Ağdam ziyalıları da Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Daha sonra “İz” sənədli filmi nümayiş etdirilib.

Bununla yanaşı, Ağdam şəhərində ağacəkmə aksiyası da keçirilib. Ağdam Mərkəzi Parkının ərazisində təşkil olunan aksiya çərçivəsində 103 ağac əkilib.

Qeyd edək ki, hazırda Ağdam Mərkəzi Parkında tikinti və abadlıq işləri davam etdirilir. Əkilən ağaclar parkın layihəsinə uyğun şəkildə yerləşdirilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO