Cəlilabad rayonunda məktəblilər arasında yaranan mübahisə sonradan valideynlərin müdaxiləsi ilə ağır cinayət hadisəsinə çevrilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Məlumata görə, 5-ci sinif şagirdi olan övladının döyülməsi barədə məlumat alan İlqar Quliyev məsələni aydınlaşdırmaq məqsədilə bir neçə yaxınını da götürərək hadisənin səbəbkarı kimi göstərilən 9-cu sinif şagirdinin atası Nicat Cəbiyevin yaşadığı ünvana yollanıb.
Tərəflər arasında ilkin olaraq sözlü mübahisə yaranıb, daha sonra isə vəziyyət kəskinləşərək qarşıdurma səviyyəsinə çatıb.
Baş verən qarşıdurma zamanı Nicat Cəbiyevin üzərində olan bıçaqla İlqar Quliyevə bir neçə zərbə endirdiyi bildirilir. Nəticədə ağır xəsarətlər alan İlqar Quliyev təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti ağır olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 09.05.2026
Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO
Hazırda oxunan: Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO
Hazırda oxunan: Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO
612194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































