Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Hazırda oxunan: Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

611270

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.

Bizim.Media “Unikal.az”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb.

Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədov TƏBİB katibliyinin rəhbəri təyin edilib.

S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi olub.

Qeyd edək ki, 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olduğu zaman Sahib Gülməmmədov onun köməkçisi təyin edilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO