Bu sürücülərin "prava"sı əlindən alınacaq

Bu sürücülərin "prava"sı əlindən alınacaq

Hazırda oxunan: Bu sürücülərin "prava"sı əlindən alınacaq

611244

Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər.

Xüsusilə, uzun müddət ödənilməyən inzibati cərimələrin sürücülük hüquqlarına təsir edib-etməyəcəyi tez-tez müzakirə olunan məsələlərdəndir.

Bəs, inzibati cəriməni ödəməyən sürücülərin sürücülük hüququ məhdudlaşdırıla bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən vəkil Tural Həsənlinin sözlərinə görə, belə hallar qanunvericilikdə nəzərdə tutulub və konkret müddətlər çərçivəsində tədbirlər görülür.

“Müvafiq qərar qüvvəyə minir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə və bunun üçün qanuni əsas olmazsa, tədbir görülür. Həmin şəxsə qarşı əlavə qərar qəbul edilir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Eyni zamanda cərimənin ödənilməsi üçün iş məcburi icraya göndərilir.

Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür”.

Vəkil vurğulayıb ki, belə halların qarşısını almaq üçün sürücülər cərimələri vaxtında ödəməli və məsuliyyətdən yayınmamalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO