Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Hazırda oxunan: Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

611167

Günəş Yer kürəsindən daha böyük günəş maddəsi buludları yaradaraq koronal kütlə "püskürtdükdə", maqnit qasırğaları yaradan atılmalar baş verir. Onlar texnikaya, peyklərə zərər vura, elektrik ötürücü xətlərində cərəyan yarada bilər.

Bizim.Media xəbər verir ki, bu cür qasırğaların insanların sağlamlığına təsirinə gəlincə, astronom, fizika-riyaziyyat elmləri namizədi Anatoli Qlyantsev "360.ru" saytına bildirib ki, çox vaxt özünü pis hiss etmə müvafiq gözləntilərdən qaynaqlanır.
 

Onun fikrincə, insanlar maqnit fırtınalarının sağlamlığa təsirini çox şişirdirlər. Onların insanların rifahına təsir etmədiyini qəti şəkildə iddia etmək mümkün olmasa da, hələlik bunu təsdiqləyən heç bir tədqiqat aparılmayıb.


Ekspert izah edib ki, alimlər hələ də bu məsələni araşdırmalıdırlar.

"İnsana təkcə maqnit qasırğasının özü deyil, həm də onun haqqında eşitdikləri təsir edə bilər", – deyə astronom hesab edir.

Yerin çox zəif maqnit sahəsi var, qasırğaların yaratdığı dəyişikliklər isə daha zəifdir, buna görə də onların insana təsir ehtimalı olduqca azdır, - deyə Qlyantsev fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO