Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Hazırda oxunan: Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

610738

Günəşin ultrabənövşəyi süalarının dəridə yarada biləcəyi fəsadlar - dəri yanığı, erkən qocalma, dəri xərçəngi və s. artıq hər kəsə məlumdur.

Bəs bu risklərdən qorunmaq üçün istifadə etdiyimiz günəş əleyhinə kremlərdən necə maksimum nəticə əldə edə bilərik ?

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, xüsusilə 10:00–14:00 arası günəş şüaları daha güclü olur.

Günəşə çıxmazdan 15 dəqiqə əvvəl qoruyucu krem bütün açıq sahələrə tətbiq edilməlidir.

Kremdən istifadə zamanı ən çox unudulan bölgələr - qulaqlar, burun, dodaqlar, boynun arxası, əllər, ayaqlar və saç xəttidir.

Yay aylarında hər 2 saatdan bir yenilənməlidir.

Su ilə təmasdan sonra və ya tərləmə zamanı təkrar istifadə edilməlidir.

6 aydan kiçik uşaqlara günəş kremi tövsiyə edilmir. Onları kölgədə saxlamaq və geyimlə qorumaq lazımdır.
 

Kremin son istifadə müddətinə diqqət etmək mütləqdir. Vaxtı keçmiş məhsulun istifadə edilməsi günəş yanığı, ləkələr , allergik reaksiyalar, qaşınma və bakteriyaların böyüməsi səbəbindən dəri qıcıqlanması kimi ciddi problemlərə səbəb ola bilər..


Məhsulun üzərində tarix qeyd olunmadığı təqdirdə 3 ildən sonra yararsız hesab olunur.

Qeyd edilir ki, bu risklərdən qorunmaq üçün sadəcə günəş kremi yox, kompleks yanaşma lazımdır.

Uzunqollu geyimlər, şlyapa və eynəkdən istidadə məsləhət görülür.

Aynur Abdullayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO