Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları “qafqazinfo.az”a məlumat verib.
Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü əmisi oğlu Həsən Mamedov qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, tərəflər ötən gün kənddəki toyun ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.
Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Mamedovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:12 / 27.04.2026
Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... – FOTO
Hazırda oxunan: Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... – FOTO
Hazırda oxunan: Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... – FOTO
609659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































