Son günlər Kür çayında sululuq səviyyəsinin qalxması durmadan davam edir. Bu da öz növbəsində çayın hər iki sahilində olan əkin sahələrinə və pay torpaqlarında ciddi ziyan vurur.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, təkcə Kürdəmirin 5 kəndinin ərazisində, o cümlədən Şüşün, Qaramahmudlu, Sovla, Köhünlü və Söyüdlər kəndlərində ümumilikdə 400 hektardan artıq əkin sahələri və sakinlərin pay torpaqları subasmaya məruz qalıb.
Sakinlər bildirir ki, suyun səviyyəsi hər gün 5-10, hətta 15 sm artır. Bu da təhlükənin ciddiliyindən xəbər verir.
Məsələ ilə bağlı Kürdəmir rayon Köhünlü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elvin Alməmmədov Bizim.Media-nın yerli bürosuna bildirib ki, Kürdə suyun səviyyəsi demək olar ki, hər gün artır.
Hazırda icra nümayəndəliyi və aidiyyatı qurumun nümayəndələri əraziyə cəlb olunub və növbəlilik sistemi üzrə suyun səviyyəsinə nəzarət olunur. Təhlükə yaranan ərazilərdə dərhal bənd vurma işləri həyata keçrilir.
Məsələ ilə bağlı Kürdəmir rayon İcra Hakimyyətindən yerli büromuza bildirildi ki, məsələ diqqətimizdədir, suyun səviyyəsinə 24 saat nəzarət edilir.
Adı çəkilən kəndlərdə hazırda Kürün suyu yaşayış evləri üçün təhlükəli həddə deyil. Əgər sakinlərin evləri üçün hər hansı bir təhlükə yaranarsa, dərhal tərəfimizdən və aidiyyatı qurumlarla birlikdə adekvat addımlar atılacaq.










Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:44 / 22.04.2026
Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO
Hazırda oxunan: Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO
Hazırda oxunan: Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO
608722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































