Cavid Mirzəyev: “Birbank Biznes” müştəriləinin sayı 214 min nəfər çatıb

Cavid Mirzəyev: “Birbank Biznes” müştəriləinin sayı 214 min nəfər çatıb

Hazırda oxunan: Cavid Mirzəyev: “Birbank Biznes” müştəriləinin sayı 214 min nəfər çatıb
608602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Kapital Bank"-ın sahibkarlara xidmət edən platforması "Birbank Biznes"-in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

Bank rəsmisi bildirib ki, onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur:

“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik və orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və orta biznes və korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni "Birbank Biznes" üzərindən edirlər".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO