İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu - Foto-Yenilənib

İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu - Foto-Yenilənib

Hazırda oxunan: İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu - Foto-Yenilənib

608422

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib.

Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb, həmçinin, rayonda maliyyə savadlılığının artırılması, yeni layihələrin icrası, sahibkarlığa dəstək göstərilməsi və sair mövzularda fikir mübadiləsi aparılıb.

Lakin icra başçısının bank nümayəndəsi ilə görüşü və bunun paylaşılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bir çoxları bu paylaşımın informasiya əhəmiyyətinin olmadığını bildirərək tənqid ediblər.

***

Müstəqim Məmmədov “Unikal.az”a açıqlamasında bank filialı müdiri ilə görüşməsinin səbəbini açıqlayıb:

“Bankomatların qoyulması ilə bağlı vətəndaşlar bizə müraciət edir. Uzaq kəndlər var, orada yaşayan vətəndaşlar istəyir ki, həmin kəndlərdə bankomatlar olsun. Biz onunla bağlı bank müdirini dəvət etdik ki, vətəndaşların bu xahişini yerinə yetirək. O da dedi ki, məşğul oluruq, mümkün olsa, kömək edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO