BDU tələbələri Coğrafiya İnstitutunda istehsalat təcrübəsində - FOTO

BDU tələbələri Coğrafiya İnstitutunda istehsalat təcrübəsində - FOTO

Hazırda oxunan: BDU tələbələri Coğrafiya İnstitutunda istehsalat təcrübəsində - FOTO

608227
Bakı Dövlət Universitetinin (BDU) 55 tələbəsi Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçir. Məqsəd tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri praktiki vərdişlərin formalaşdırılmasıdır.
 
İnstitutun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova elm müəssisəsinin yaranma tarixi, elmi-tədqiqat sahələri, korifey alimləri, coğrafi problemlər, elmi nailiyyətlər barədə təqdimatla çıxış edib.
 
Sonra coğrafiya elmləri doktoru Sitarə Tarixazər tələbələri təbii risklər, sürüşmə, sel hadisələri, onların qarşısını alma üsulları ilə bağlı məlumatlandırıb.
 
Təcrübə aprelin 25-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO