“Sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi risk altındadır” – AKTA-nın icraçı direktoru

“Sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi risk altındadır” – AKTA-nın icraçı direktoru

Hazırda oxunan: “Sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi risk altındadır” – AKTA-nın icraçı direktoru

608170

"Bu gün vacib istiqamətlərdən biri sosial şəbəkələr və uşaqların təhlükəsizliyidir. Təəssüf ki, sosial platformalar yaş məhdudiyyətləri tətbiq etsə də, praktikada bu qaydaların asanlıqla aşılması mümkündür". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov bildirib.

O vurğulayıb ki, platforma sahiblərinin də əsas məqsədi istifadəçi sayını artırmaq olduğundan, məsuliyyətin böyük hissəsi dövlətlərin və cəmiyyətin üzərinə düşür.

Bu baxımdan, uşaqların internetdə təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni qərarlar qəbul edilib və artıq bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlanılıb:
 

"Bizim yanaşmamız isə fərqlidir: hər bir uşaqla ayrı-ayrılıqda işləmək əvəzinə, daha effektiv üsul kimi müəllimlər üzərindən sistemli iş aparırıq. Xüsusilə məktəblərdə informatika müəllimlərinin kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq üçün Təhsil Nazirliyi ilə birgə layihə həyata keçirilir.


Bu çərçivədə müəllimlər üçün xüsusi metodiki material hazırlanır ki, onlar bu bilikləri şagirdlərə daha effektiv şəkildə çatdıra bilsinlər. Eyni zamanda valideyn nəzarəti də mühüm rol oynayır. Bunun üçün müxtəlif texnoloji həllər və proqramlar mövcuddur. Lakin valideynlərin bu məsələdə aktiv iştirakı və məsuliyyəti həlledici amildir".

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO