Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Hazırda oxunan: Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?
606170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər Xəzər dənizində baş verən zəlzələlərin sayı artıb. Bunlardan ən güclüsü ötən gün qeydə alınıb. Belə ki, yerli vaxtla 13:05-də baş verən zəlzələnin maqnitudası 5,3 olub.

Qeyd edək ki, 2000-ci ildə Bakı şəhərində baş verən 6,8 bal gücündə zəlzələnin episentri də Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi.

Bəs, Xəzər dənizindəki zəlzələlərin artmasının səbəbi nədir? Yenə, 2000-ci ildəki zəlzələ təkrarlana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib ki, son günlər baş verən zəlzələlərin dərinliyi 2000-ci ildəki zəlzələ dərinliyindən fərqlənir:

“Mütəmadi olaraq Xəzərdə zəlzələ baş verir. Müəyyən sıxılmalar və genişlənmələr gedir. Arada orta güclüsü də, zəifi də olur. Yanvar ayından bu günə qədəri tək Azərbaycan hüdudlarında 3 mindən çox zəlzələ baş verib. Dünənki zəlzələ 70 km dərinlikdə baş verib. 2000-ci ildə baş verən zəlzələnin episentri isə dərində olduğundan daha çox hiss olunmuşdu. Yəni, son günlər Xəzərdə baş verən zəlzələlər 2000-ci ildəki dağıntını yaradacaq episentrdə yerləşmir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO