“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO

“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO

Hazırda oxunan: “Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO
605847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən birgə yoxlama nəticəsində “Poniland” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.
 

Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.


Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.

IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində fəaliyyət göstərən “1113” qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırıb.

“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO - foto 1
“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO - foto 2
“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO - foto 3
“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO - foto 4
“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO