Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ
604692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 3-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

BA və BB vəzifə qruplarına uyğun imtahan saat 10:00-da, AB, AC vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aprelin 2-dən 22-dək aparılacaq.

İmtahan vermək istəyən şəxslər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır.

İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO